Şahin Balicani: Neftçidə oynamaq, Azərbaycan yığmasına dəvət almaq istəyirəm
29 sentyabr 2016 17:00
İranın "Malavan" klubunun sabiq yarımmüdafiəçisi Şahin Balicani "Neftçi"yə keçə bilər. Azerisport.az saytına açıqlamasında bunu futbolçunun özü bəyan edib:
"Bakıya "İnter"də oynamaq üçün gəlmişdik. Amma bu kluba transfer qadağası qoydular. Ona görə də bu komandaya keçidim baş tutmadı. İndi isə "Neftçi"yə keçmək variantı var. Hazırda danışıqlar davam edir və necə nəticələnəcəyini bilmirəm. Alınmasa, qışa qədər Azərbaycan Birinci Divizionunda oynamalı olacağam. Ondan sonrasını isə zaman göstərər. Mən "Neftçi"də oynamaq, oradan da Azərbaycan yığmasına düşmək istəyirəm. Yığmada uğur qazanmağı çox istəyirəm. Mən azərbaycanlıyam, sadəcə, İranda anadan olmuşam".