Per-Matias Heqmo: Bakıda Azərbaycana qalib gəlmək çətin olacaq
Norveç yığmasının baş məşqçisi Pet-Matias Heqmo DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu seçmə mərhələ ötən tsiklə bənzəyir. Biz ötən tsiklə İtaliyaya məğlubiyyətlə başlamışdıq, bu dəfə isə Almaniyaya uduzduq. Artıq xal qazanacağımız qarşıdakı oyunu səbrsizliklə gözləyirik. Qarşıda üç vacib oyun var. Bu oyunlarda 9 xal toplaya bilərik, amma 7 xal da pis nəticə olmazdı. Azərbaycan yığması adi rəqib deyil. Onlara qalib gəlmək çətin olacaq. Bakıda bu rəqibə oynamışıq və bunun necə çətin olduğunu bilirik. Onlar ötən tsikldə hətta Xorvatiyadan xal almışdılar (0:0). Amma biz çətin mübarizəyə hazırıq".
Qeyd edək ki, Azərbaycan - Norveç matçı oktyabrın 8-də Bakı Olimpiya stadionunda keçiriləcək.