Artim Şakiri: Qarabağın İtaliyada qələbə qazanmaq şansı da var
"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Artim Şakiri Ağdam klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "Fiorentina"sına qarşı keçirəcəyi oyundakı şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" artıq avrokuboklarda öz gücünü göstərib. Təəssüf ki, ilk turda Çexiya "Slovan"ına qalib gələ bilmədilər (2:2). "Fiorentina" ilə səfər oyunu komandanın öz oyununu göstərməsi üçün problem olmamalıdır. Düzdür, çətin olacaq. Amma ağdamlılar adlı-sanlı rəqibə qarşı layiqli müqavimət göstərə biləcək səviyyədədirlər. Komandanın qorxacağı, itiriləsi heç nəyi yoxdur. Oyunları alınsa, müsbət nəticə qazanacaqlarına inanıram. Hətta qələbə qazanmaq şansı da var. Çünki italyanların meydana hansı heyətlə çıxacağı bəlli deyil. "Qarabağ"ın bu görüşdə ən böyük üstünlüyü sürətli və texnikalı futbol sərgiləməsidir".