Milan Baroş: Qarabağla Bakıdakı oyunda 2 xal itirdik
29 sentyabr 2016 14:20
Çexiyanın "Slovan" klubunun hücumçusu Milan Baroş Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-una qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, ilk turda "Qarabağ"a qarşı keçirdikləri oyunu da yada salıb:
"Avroliqanın qrup mərhələsi elə də uzun deyil. Bu turnirdə hər xal bizim üçün çox vacibdir. "Qarabağ"la Bakıdakı oyunda biz xal itirdik (2:2). Bu dəfə isə PAOK-a öz meydanımızda qalib gəlməliyik. Qələbə qrupdakı vəziyyətimizi yaxşılaşdıracaq. Qarşımıza yüksək hədəflər qoymuşuq. Bunun üçün də 3 xal qazanmağımız lazımdır".