Qəbələ - Maynts oyununda anşlaq gözlənilir
29 sentyabr 2016 13:20
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" ilə Almaniyanın "Maynts" klubu arasındakı oyuna bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, hazırda biletlərin yarıdan çoxu - 6500-ü satılıb.
Qeyd edək ki, oyunun keçiriləcəyi "Bakcell Arena" 11000 azarkeş tutumuna malikdir. Qalan biletləri də oyun saatına kimi satılması gözlənilir.
"Qəbələ" - "Maynts" oyunu bu gün saat 19:00-da start götürəcək.