Arif Əsədov: Qəbələ məğlub olacaq, Qarabağ heç-heçə edəcək
29 sentyabr 2016 12:00
Azərbaycanlı futbol mütəxəssisi Arif Əsədov Avropa Liqasının qrup mərhələsindəki təmsilçilərimizin ikinci turdakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"nin doğma meydanda Almaniya "Maynts"ına qalib gəlməsini istəyərdim. Amma reallıq bir qədər fərqlidir. Almanlar hazırda yaxşı formadadırlar. Güclü ifaçıları var. Bu üzdən də komandamızın uğurlu nəticə qazanacağına inanmıram. Fikrimcə, "Qəbələ" minimal fərqlə uduzacaq. "Qarabağ" isə səfərdə heç də pis nəticələr qazanmır. Dəfələrlə belə sürprizlərin şahidi olmuşuq. Onların İtaliyada "Fiorentina" ilə heç-heçə etməsinə də təəccüblənmərəm. Bu, çox yaxşı nəticə olardı. Hər iki klubumuza ən azı heç-heçə etməyi arzulayıram".