Nikola Kaliniç: Qarabağı qiymətləndirməməkdən söhbət gedə bilməz
29 sentyabr 2016 00:40
İtaliyanın "Fiorentina" klubunun hücumçusu Nikola Kaliniç Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarabağ" sıradan rəqib dyil. Heyətində 5-6 braziliyalı futbolçu var (əslində isə cəmi iki braziliyalı futbolçusu var - red.). Baş məşqçiləri də uzun illərdir bu komandada çalışır. Çətin oyun olacağını bilirik. Buna görə də rəqibi qiymətləndirməməkdən söhbət gedə bilməz. Vaxtilə "Dnepr" Azərbaycanda qələbə qazanıb. Amma hər bir oyunun öz tarixçəsi var".