Qarabağ Fiorentinanın stadionunda
28 sentyabr 2016 22:30
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ikinci turunda sabah səfərdə "Fiorentina" (İtaliya) klubunun qonağı olacaq. Azerisport.az xəbər verir ki, komandamız bu gün oyunöncəsi son məşqinə çıxıb.
Son hazırlıq qarşılaşmanın keçiriləcəyi "Artemio Franki" stadionunda baş tutub və təxminən 1 saat davam edib. Hazırlıqda bütün futbolçularımız iştirak edib.
Qeyd edək ki, "Fiorentina" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.