Qurban Qurbanov: Çalışacağıq ki, sərfəli nəticə ilə qayıdaq
28 sentyabr 2016 22:20
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ikinci turunda sabah İtaliyanın “Fiorentina” klubunun qonağı olacaq. Azerisport.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:
“Tarixi olan bir komandaya qarşı oynayacağıq. “Fiorentina” güclü komandadır, futbolçuların hər biri yüksək ustalıq keyfiyyətlərinə malikdir, komanda olaraq da çox təcrübəlidir. Yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq. Rəqibin heyətində Kaliniç, İliçiç, Valero və bir neçə təhlükəli futbolçular var. Çalışacağıq ki, sərfəli nəticə ilə qayıdaq”.