Oqtay Abdullayev: İsgəndər Cavadovun bundan sonra futbolumuza çox faydası dəyəcək
28 sentyabr 2016 19:40
Azərbaycanın veteran futbolçusu, "Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abdullayev İsgəndər Cavadovun 60 illik yubileyi ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İsgəndər mənim yaxın dostumdur. O, futbolumuz üçün çox böyük işlər görüb. Şadam ki, onun haqqında kitab da nəşr olundu. Cavadovun xidmətlərini dövlətimizin rəhbərliyi də qiymətləndirdi. İsgəndər bundan sonra da futbolumuza çox böyük fayda verəcək".