Asif Məmmədov: Qələbəyə oynayacağıq
28 sentyabr 2016 19:00
"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Maynts" klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizi çətin oyun gözləyir. Rəqibimiz zəif komanda deyil. Bundesliqada da yaxşı çıxış edir. Amma biz yalnız qələbə üçün mübarizə aparacağıq. Öz çıxışıma gəlincə, son dövrlər "Qəbələ"dəki oyunum yaxşı alınır".