Paulo Souza: Qarabağa 9 ildir bir baş məşqçi rəhbərlik edir
28 sentyabr 2016 18:20
İtaliyanın "Fiorentina" klubunun baş məşqçisi Paulo Souza Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Mövsümə yaxşı başlamışıq. Uğurlu çıxışımızı davam etdirmək üçün "Qarabağ"a qalib gəlməliyik. Bu komandaya 9 ildir bir baş məşqçi rəhbərlik edir. Bütün futbolçularının beynəlxalq oyun təcrübəsi var. Odur ki, biz bu oyunda qələbəyə ac olmalıyıq. Yalnız bu halda uğur qazana bilərik".