Qəbələ - Maynts oyunu üçün biletlərin yarısı satılıb
28 sentyabr 2016 17:40
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" ilə Almaniyanın "Maynts" klubu arasındakı oyuna bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, hazırda biletlərin yarısı - 5500-ü satılıb.
Qeyd edək ki, oyunun keçiriləcəyi "Bakcell Arena" 11000 azarkeş tutumuna malikdir. Qalan biletləri də stadionun kassalarından əldə etmək olar.
"Qəbələ" - "Maynts" oyunu sabah saat 19:00-da start götürəcək.