Matias Vesino: Qarabağa qalib gəlməliyik
28 sentyabr 2016 17:00
İtaliyanın "Fiorentina" klubunun yarımmüdafiəçisi Matias Vesino Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəqib barədə çox az məlumatım var. Amma yaxşı oynayıb, qələbə qazanmalıyıq. Avropa Liqasında uğurlu çıxış etməyimiz vacibdir. 3 xal qazanmaq üçün matça yaxşı konsentrasiya olmalıyıq. Mənim də hədəfim öz oyunumu yaxşılaşdırmaqdır. Komandadakı rəqabət isə mənim üçün bir stimuldur. Hər ötən gün özümü daha yaxşı hiss edirəm, ideal forma yığmaq istəyirəm. Bu kluba hələ çox şey verə bilərəm".