Mayntsın baş məşqçisi Qəbələni Bavariya ilə müqayisə etdi
28 sentyabr 2016 16:10
Almaniyanın "Maynts" klubunun baş məşqçisi Martin Şmidt Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bu komandanı iş başında görmüşük. Onların həm Belçika "Anderlext"i ilə Avroliqa, həm də Azərbaycan çempionatındakı oyunlarını izləmişik. "Qəbələ" barədə lazım olan məlumatı toplamışıq. Daxili çempionatda bu komanda bir qədər fərqli heyətlə oynayır. Onlar öz çempionatlarında "Bavariya" kimi itkisiz irəliləyirlər. Rəqibə qarşı kompakt oyun nümayiş etdirməliyik. Bizim üçün çox çətin matç olacaq".