Valeri Qazzayev Bakıya niyə gəlməyib?
28 sentyabr 2016 15:15
Xəbər verdiyimiz kimi, bu gün 60 illik yubileyini qeyd edən İsgəndər Cavadovu təbrik etməyə Valeri Qazzayev də gələcək. Lakin azerisport.az saytının əldə etdiyi məlumata görə, onun bu səfəri baş tutmayıb.
Məsələyə yubilyar özü aydınlıq gətirib. Cavadovun sözlərinə görə, buna Qazzayevin işlərinin çox olması səbəb olub: "Onun Bakıya səfəri planlaşdırılmışdı. Gəlməli idi. Amma son anda işləri çox olduğuna görə üzr istədi və bildirdi ki, gələ bilməyəcəyəm".