"Cavadov kimi futbolçu indi Avropada da azdır"
28 sentyabr 2016 15:00
SSRİ yığmasının sabiq hücumçusu Vladimir Qutsayev bu gün İsgəndər Cavadovun 60 illik yubileyi ilə əlaqədar nəşr olunmuş kitabın təqdimat mərasimində iştirak edib. Azerisport.az xəbər verir ki, o, çıxışında bunları söyləyib:
"Məni bu bayrama dəvət etdiyinizə görə təşəkkürümü bildirirəm. Cavadov haqda çox danışmaq olar. İndi onun kimi futbolçular hətta Avropada da çox azdır. Çünki o, bütün rəqiblərini keçib, qol vura biləcək oyunçu idi. Bütün müdafiəni gərginlikdə saxlamağı hər hücumçu bacarmır. Biz də o dövrlərdə buraya gələrkən çətinlik çəkirdik. Komandanızın digər üzvləri də Ponomaryov, Cavadov səviyyəsində olsaydı, yüksək yerlər uğrunda mübarizə aparardılar. Məncə, Cavadovun potensialından tam istifadə olunmur".