Çivadze Cavadovu Şevçenko və Banişevski ilə bir sırada görür
28 sentyabr 2016 14:45
SSRİ yığmasının sabiq üzvü, Gürcüstan yığmasının sabiq baş məşqçisi Aleksandr Çivadze bu gün İsgəndər Cavadovun 60 illik yubileyi ilə əlaqədar nəşr olunmuş kitabın təqdimat mərasimində iştirak edib. Azerisport.az xəbər verir ki, o, çıxışında bunları söyləyib:
"Azərbaycan xalqını salamlayıram. Dilinizi az-maz xatırlayıram. O dövrlərdə sizin komandalara qarşı oynayanda həmişə Ponomaryov və Cavadova qarşı mübarizə aparmaqda problemlə üzləşirdik. Şadam ki, Cavadovun indi kitabı işıq üzü görüb. Mən Cavadovu Banişevski və Şevçenko kimi futbolçularla bir sırada görürəm".