"İsgəndər Cavadovun tarixi Azərbaycan futbolunun tarixidir"
28 sentyabr 2016 14:30
Azərbaycan yığmasının sabiq baş məşqçisi İqor Ponomaryov bu gün İsgəndər Cavadovun 60 illik yubileyi ilə əlaqədar nəşr olunmuş kitabın təqdimat mərasimində iştirak edib. Azerisport.az xəbər verir ki, o, çıxışında bunları söyləyib:
"Bu tədbirdə iştirak etdiyim üçün çox şadam və qürur duyuram. Cavadovun tarixi Azərbaycan futbolunun tarixidir. Həmin dövrləri çox xatırlayırıq. Ona futbolumuzda daha uzun illər qalmasını arzulayıram".