Elxan Məmmədov İsgəndər Cavadova 35 yaş verdi
AFFA-nın baş katibi Elxan Məmmədov bu gün İsgəndər Cavadovun 60 illik yubileyi ilə əlaqədar nəşr olunmuş kitabın təqdimat mərasimində iştirak edib. Azerisport.az xəbər verir ki, o, çıxışında bunları söyləyib:
"Azərbaycan futbolu üçün tarixi gündür. Azərbaycan futbolunda yeni kitab işıq üzü görüb. Gələcək nəsillər üçün bu, bir tarixdir. İsgəndər Cavadov futbolumuzda böyük şəxsiyyətdir. Onun barəsində bir neçə kitab yazmaq olar. Onu ilk dəfə 1986-cı ildə görmüşəm. O zaman mənim cəmi yeddi yaşım vardı. Qardaşım məni "Neftçi"nin Kiyev "Dinamo"su ilə oyununa aparmışdı. O vaxt sosial şəbəkələr yox idi ki, həmin anı yadda saxlayaq. Çoxlu qol olacağını gözləsəm də, qarşılaşma 0:0 hesabıyla bitdi. Yadımdadır, Cavadov həmin oyunda iki rəqibini aldatsa da, qapıçı ilə təkbətək epizodda fərqlənə bilmədi. O vaxt ağlıma da gəlməzdi ki, 30 il sonra onun kitabının təqdimat mərasimində birgə iştirak edəcəyik. Cavadovun 35 illik yubileyi münasibətilə ölkəmizə gələn bütün qonaqlara təşəkkürümü bildirirəm" (gülür).