№11 İsgəndər Cavadov-un təqdimatı keçirildi
Xəbər verdiyimiz kimi, 60 yaşını qeyd edən Azərbaycan futbolunun tanınmış nümayəndəsi, "Neftçi" klubunun canlı əfsanəsi İsgəndər Cavadovun həyatından və karyerasından bəhs edən kitab hazırlanıb. Azerisport.az xəbər verir ki, bu gün həmin kitabın təqdimat mərasimi keçirilib.
Avtobioqrafik xarakter daşıyan kitab "№11 İsgəndər Cavadov" adlanır. Həm Azərbaycan, həm də rus dilində nəşr olunan kitabda məşhur hücumçu haqda indiyədək bilmədiyimiz və eşitmədiyimiz faktlar toplanıb. Kitabda onun həyatı, futbolçu karyerası, SSRİ dövründə "Neftçi" klubunda baş verənlər barədə düşüncələri dolğun şəkildə oxuculara təqdim olunur.
Kitab 2000 tirajla nəşr olunub. Kitabın təqdimat mərasimində Cavadovla yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədov, yığmamızın sabiq baş məşqçisi İqor Ponomaryov, eləcə də Aleksandr Çivadze, Vladimir Qutsayev kimi veteranlar iştirak ediblər.