Kakau: Azərbaycan yığması Portuqaliyaya qalib gələ bilərdi
28 sentyabr 2016 13:20
Futzal üzrə Qazaxıstan yığmasının baş məşqçisi postundan ayrılan Kakau Azərbaycan millisinin dünya çempionatındakı çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan dünya çempionatında çox yaxşı çıxış etdi. Portuqaliyaya da qarşı əla oynadılar. Düzdür, rəqib çox da yaxşı oynamadı. Amma buna da məhz Azərbaycan millisi imkan vermədi. Portuqaliyanın heyətində ən yaxşı oyunçu elə qapıçıları idi. Çünki onları məğlubiyyətdən məhz qapıçı xilas etdi. Mən sadəcə, onu anlaya bilmədim ki, komandanız bu oyunda niyə beşinci meydan oyunçusundan gec istifadə etməyə başladı. Portuqaliyanı məğlub edə bilərdilər, amma alınmadı".