Şəhriyar Əliyev uzun müddətə sıradan çıxdı
28 sentyabr 2016 12:40
“Qarabağ”la Gəncədə keçirilən çempionat oyununda zədələnərək əvəzlənən Şəhriyar Əliyevin durumuna aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, “Kəpəz”in müdafiəçisi MRT müayinəsindən keçib və aldığı xəsarətin ciddi olduğu müəyyənləşib.
Klubun tibb personalının diaqnozuna əsasən müdafiəçi 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Əliyevin diz oynağının kollarateral bağı zədələnib.