Kəpəz tarixi derbinin hazırlığına start verdi
28 sentyabr 2016 12:20
“Kəpəz” Topaz Premyer Liqasının 7-ci turunda səfərdə “Neftçi” ilə keçirəcəyi oyunun hazırlığına başlayıb. Azerisport.az xəbər verir ki, “Qarabağ”la oyundan sonra Bakıya qayıdan “sarı-göylər” bərpaedici proseduradan (sauna, baseyn, massaj) keçiblər.
Ötən gün isə futbolçular meydanda məşqə çıxıb. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçib.