UEFA prezidenti Qəbələnin oyununu izləyəcək
28 sentyabr 2016 12:00
UEFA-nın prezidenti Aleksander Çeferin Avropa Liqasının C qrupunda, sentyabrın 29-da, saat 19:00-da, “Bakcell Arena”da keçiriləcək “Qəbələ” – “Maynts” (Almaniya) oyununu izləyəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, Aleksander Çeferin AÇ-2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun sentyabrın 30-da keçiriləcək təqdimat mərasimində iştirak etmək üçün paytaxtımıza səfər edəcək.