Serjinyo: Qarabağın İtaliyada uğur qazanmaq şansı var
"Kəpəz"in yarımmüdafiəçisi Serjinyo Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu (1:1) şərh edib. Azerisport.az saytına açıqlamasında o, Ağdam klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın "Fiorentina" komandasına qarşı keçirəcəyi oyunda şansları barədə də danışıb:
"Məncə, "Qarabağ" Azərbaycanın ən güclü klubudur. Onlara qarşı oynamaq həmişə çətindir. Amma biz ağdamlılarla oyunda heç-heçəyə nail ola bildik. Fikrimcə, bu, yaxşı nəticədir. "Qarabağ"ı qarşıda "Fiorentina" ilə oyun gözləyir. Ağdamlıların İtaliyada uğur qazanmaq şansı var. "Qarabağ"ın heyətində güclü futbolçular çoxdur. Əlbəttə, İtaliya klubu tamamilə fərqli səviyyədədir. Amma fikrimcə, Ağdam təmsilçisi səfərdən uğurlu nəticə ilə qayıda bilərlər".