Neftçinin əsas heyətinin üç futbolçusu milli komandada
28 sentyabr 2016 10:30
"Neftçi”nin əsas heyətinin 3 futbolçusu - Məqsəd İsayev, Fəhmin Muradbəyli və Rahil Məmmədov Azərbaycan U-21 milli komandasına cəlb olunublar. Azerisport.az xəbər verir ki, yığmaya çağırılanlar arasında "Neftçi” Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi Ramiz Əhmədov da var.
Oktyabrın 2-dən 6-dək Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçəcək yığma Avropa çempionatının seçmə mərhələsi gələn ayın 7-də Helsinki şəhərində Finlandiya ilə qarşılaşacaq.