Məqsəd İsayev: Rəqib hesabı bərabərləşdirəndən sonra oyunumuz alınmadı
28 sentyabr 2016 10:00
"Neftçi” PFK-nın futbolçusu Məqsəd İsayev "Sumqayıt”la oyundan sonra fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, müdafiəçi Neftçi TV-yə açıqlamasında bunları deyib:
"Düşünürəm ki, oyuna yaxşı başladıq. Qol da vurduq, amma komandada bir az boşalma oldu. Rəqib hesabı bərabərləşdirəndən sonra oyunumuz alınmadı. Lakin ikinci hissədə, demək olar ki, təkqapı oynadıq, qol epizodlarından yararlana bilmədik. Əvəzində, rəqib qol vurdu. Ondan sonra nə qədər çalışsaq da, qol vura bilmədik. İnşallah, hazırlaşıb növbəti oyunda yaxşı nəticə əldə etmək istəyirik”.