Nikola Valentiç: İndiki Qəbələ Mayntsdan xal alacaq gücdədir
28 sentyabr 2016 00:15
"Qəbələ"nin sabiq müdafiəçisi Nikola Valentiç bu komandanın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Maynts" klubuna qarşı keçirəcəyi oyunda şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Maynts" yaxşı komandadır, güclü heyəti var. Amma hesab edirəm ki, indiki "Qəbələ" "Maynts" da daxil olmaqla istənilən rəqibdən xal almağa qadirdir. "Qəbələ"yə daha böyük uğurlar arzulayıram".