İsgəndər Cavadov kitabına təqdimat edəcək
27 sentyabr 2016 16:45
Sabah 60 illik yubileyi qeyd olunacaq veteran futbolçumuz İsgəndər Cavadovun karyerasına həsr olunmuş kitab işıq üzü görüb. Azerisport.az xəbər verir ki, "№11 İsgəndər Cavadov" adlanan kitabın təqdimatı da sabah - sentyabrın 28-də "Trend"də baş tutacaq.
Cavadovun həyatından və karyerasından bəhs edən kitab həm Azərbaycan, həm də rus dilində nəşr olunub.Kitabda onun həyatı, futbolçu karyerası, SSRİ dövründə "Neftçi" klubunda baş verənlər barədə düşüncələri dolğun şəkildə oxuculara təqdim olunub.