Divizion klublarının cəzaları açıqlandı
27 sentyabr 2016 13:30
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Mil-Muğan” – “Şərurspor” matçında “Mil-Muğan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 54-cü dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Emil Həsənzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.
“Şəmkir” – “Rəvan” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Bakılı” – “Şahdağ” matçında “Şahdağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.