AZAL-a xəbərdarlıq edildi
27 sentyabr 2016 13:00
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 6-cı turunun bir oyunu ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
AZAL - “İnter” matçında Peşəkar Futbol Liqasının himninin səslənməməsi və stadionun tablosunun işlək vəziyyətdə olmamasına görə AZAL klubuna xəbardarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubla bağlı daha ciddi tədbir görüləcək.