Azərbaycan və SSRİ yığmaları arasında oyun baş tutmayacaq
27 sentyabr 2016 12:15
Sabah İsgəndər Cavadovun 60 illik yubileyi qeyd olunacaq. Azerisport.az xəbər verir ki, onun bu yubileyində nəinki Azərbaycandakı, həmçinin seçmiş SSRİ ölkələrindən də bir sıra veteran futbolçular iştirak edəcəklər.
Öncədən Azərbaycan və SSRİ yığmaları arasında yoldaşlıq görüşü keçirilməsi də planlaşdırılmışdı. Amma bu görüş baş tutmayacaq. Belə ki, bunun üçün həm vaxt azdır, həm də xaricdən gələn veteranların sayı yetərli deyil.
Bu üzdən də Cavadov yubileyini keçmiş futbolçu dostları ilə birgə Bakıdakı restoranlardan birində qeyd edəcək.