Üç futbolçumuz Latviyada ən yaxşı seçildi
27 sentyabr 2016 12:00
Latviyanın Liepaya şəhərində Moskva, Litva, Latviya və Azərbaycanın veteran futbolçularından ibarət komandalar arasında mini-turnir keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması turniri ikinci yerdə başa vurub.
Birinci yeri isə Moskva veteranları tutub.
Azərbaycan futbolçularından üçü xüsusi mükafata layiq görülüblər. Turnirin ən yaxşı qapıçısı Hüseyn Məhəmmədov, ən texnikalı futbolçusu Elmir Xankişiyev, ən yaxşı hücumçusu isə Musa Qurbanov seçilib.