Mayntsda Qəbələ öncəsi ciddi itki
27 sentyabr 2016 11:40
Almaniyanın "Maynts" klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı səfər oyununa ciddi itki ilə gələcək. Azerisport.az xəbər verir ki, sözügedən komanda aparıcı müdafiəçisi Leon Baloqunun xidmətindən məhrum olub.
O, Bundesliqanın son turunda "Bayer"lə görüşdə sıradan çıxıb. Bu üzdən də almanlar nigeriyalı müdafiəçini Bakıya gətirməyəcəklər.
Qeyd edək ki, "Qəbələ" - "Maynts" oyunu avqustun 29-da "Bakcell Arena"da keçiriləcək və saat 19:00-da start götürəcək.