Elxan Abdullayev: Mütləq qalib gəlməliyik
26 sentyabr 2016 16:40
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komanda özünü normal hiss edir. Oyuna hazırıq. Yaxşı hazırlıq keçmişik. Fikrimcə, uşaqlar bu matçın əhəmiyyətini başa düşürlər. Bizə mütləq qələbə qazanmaq lazımdır. Bu, həm komandada özünəinamı artıracaq, həm də turnir cədvəlindəki mövqeyimizə müsbət təsiri olacaq. Qələbə üçün darıxmışıq. Elşən Abdullayevlə Murad Ağayev zədə səbəbindən qarşıdakı oyunu buraxacaq. Əvəzində Vançe Şikovla Katalin Tira sıraya dönüb".