Qəbələ - Maynts oyununun biletləri satışda
26 sentyabr 2016 16:20
UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək "Qəbələ" - "Maynts" (Almaniya) oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletləri bu gündən etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) və "Bakcell Arena"nın kassalarından almaq olar.
Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 10 manatdır.
Qeyd edək ki, sentyabrın 29-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Maynts" matçı saat 19:00-da başlayacaq.