Fotoreportaj|Video|На русском

Futbol

“Avropanın mərkəzində son sözü demək çox böyük məsuliyyətdir”

26 sentyabr 2016 16:00

Nəhayət... Bir neçə həftədir ki, gözlədiyimiz xəbər gəldi. Əslində, uğurlu Avropa oyunlarından sonra Avropa Liqasının qrup oyununa təyinat gələcəyini gözləyirdik. Amma bu qədərini yox...
Bəli, azərbaycanlı FİFA referisi Əliyar Ağayev “Roma” (İtaliya) – “Astra” (Rumıniya) oyununu idarə edəcək. Etiraf edək ki, klub səviyyəli turnirdə “Roma” ilə müqayisə oluna biləcək rəqibləri ölkəmizə gətirsək də, bir azərbaycanlı olaraq bu tip komandanın oyununda söz sahibi olmamışıq. Bunu ilk olaraq Əliyar Ağayev və onun  briqadası edəcək. 

Azərbaycanın fəxri komandasına Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov, Orxan Məmmədov və Rəhim Həsənov daxildir. Sentyabrın 29-da keçiriləcək oyunda hər bir hakimimizə uğurlar arzu edirik...

Azerisport.az sizi Əliyar Ağayevdən alınmış müsahibə ilə tanış edir:

- Sentyabrın 29-da 70 min tamaşaçı tutumuna malik Roma Olimpiya stadionunda keçiriləcək “Roma” – “Astra” görüşündə  son sözü siz deyəcəksiniz. Sadəcə, buna görə sizi təbrik etməyə dəyər...
- Təşəkkür edirəm, çox sağ olun...

- Cari futbol ilində neçənci təyinatınızı aldınız?
- Müxtəlif beynəlxalq yarışlarda 7 oyun idarə etmişəm. Avropa Liqasının seçmə  mərhələsinin iki oyununda  ədaləti qorumuşam. Eyni zamanda 21 yaşlıların 1 görüşündə eləcə də Rusiya və Qana komandalarının yoxlama görüşündə söz sahibi olmuşam. Bundan əlavə final görüşünə təyinat aldığım 19 yaşlı futbolçuların Avropa çempionatının 3 oyunu mənə tapşırılıb.

- Bu trayektoriyadan sonra sizə Avropa Liqasının qrup mərhələsinin  oyununun veriləcəyini gözləyirdik. Amma böyük beşlikdən olan “Roma”nın iştirakı ilə keçiriləcək matça dəvət olunacağını düşünmürdük...
- Açığı, 2015-ci ildə Avropa Liqasının qrup mərhələsində “Rapid” – “Dinamo Minsk” oyunununda hakimlik etmişəm. Etiraf edim ki, qrupun sonuncu oyunu idi, həmin vaxt hər şey həll olunmuşdu, görüşün nəticə baxımından əhəmiyyəti yox idi. Əsas istəyim ondan ibarət idi ki, yenidən Avropa Liqasının qrup mərhələsinə təyinat alım. Bu dəfə 2-ci turun vacib görüşü bizi gözləyir. Hər bir oyuna maksimum motivasiya ilə çıxırıq ki, səhvlərə yol verməyək. Amma sizinlə razıyam ki, böyük beşlik ölkələrindən olan komandaların görüşünə təyinat almaq əlavə ağırlıqdır. Avropanın mərkəzində bu qədər azarkeş qarşısında son sözü demək çox böyük məsuliyyətdir. İndiyə qədər klub səviyyəsində böyük beşlikdən olan hər hansı bir komandanın oyununu idarə etməmişəm.

- Söhbətlərimiz zamanı dəfələrlə qeyd etmisiniz ki, tanınmış komandaların görüşünü idarə etmək daha asandır. Necə düşünürsünüz, bu tip oyunlarda əsasən nəyə diqqət eləmək lazımdır?
- Düşünürəm ki, bu tip görüşlərə fiziki cəhətdən tam hazır olmaq lazımdır. Əgər fiziki cəhətdən hazır olursansa, digər maneələri keçmək asan gəlir. Eyni zamanda, psixoloji cəhətdən tam rahat olmalısan. Bu və ya digər komandanın adının üzərində əlavə gərginlik yaratmamalı, oyuna adi qaydada yanaşmalısan.

- Səhər saatlarından bu yana nə kimi araşdırmalar aparmısınız?
- Bilirəm ki, “Roma” ilk oyunda Çexiya “Viktoriya”sı ilə heç-heçə edib, “Astra” isə “Austrya” (Vyana) klubuna uduzub. Hakimlər briqadasına kömək edən stadion nümayəndəsi ilə də danışmışam. Həmin şəxs mənə bildirdi ki, stadionun ot örtüyü yenidir.  Komandaların heyətlərinə baxmışıq, turnir cədvəlindəki mövqeyi ilə tanışıq. Ümumi rəy formalaşıb, amma komanda şəkilində bir daha araşdırma aparacağıq.

- Qeyd etidyiniz kimi, Avropanın mərkəzində  oyun idarə edəcəksiniz. Uğurlu idarəçilik bizim üçün 1/8, 1/4  final mərhələsinin görüşləri üçün açar ola  bilərmi?
- Vacib turnirlərin daha üst səviyyəli oyunlarını idarə etmək kateqoriyadan asılıdır. Məqsədimiz odur ki, briqada şəkilində veriləcək hər bir təyinatın öhdəsindən layiqincə gələk. Dekabr ayına qədər veriləcək oyunlardan üzüağ çıxmaq ən ali məqsədimizdir. Düşünürəm ki,  səlahiyyət sahibi olan komitə tərəfindən “Roma” kimi komandanın oyununa xüsusi nəzarət olacaq. Dekabra qədər yaxşı qiymətlər alıb, 1-ci kateqoriyaya yüksəlmək istəyirik. Məhz bundan sonra yarışların söylədiyiniz mərhələsinə təyinat almaq real olacaq. Hazırkı vəziyyətdə real görünmür. İndiyə qədər belə bir hal olmayıb.

- Avropa Liqasının “Roma” – “Astra” görüşündən 3 gün sonra Azərbaycanın “Avropa derbisi”  var. Avropa Liqasında çıxış edən “Qəbələ” - “Qarabağ” görüşündən öncə diqqətlər Əliyar Ağayevin üzərindədir. Təyinat alacağınız təqdirdə, ardıcıl iki Avropa Liqa  “oyunu” sizin üçün çətin olmaz?
- Hər iki komandamıza Avropa Liqasının qrup mərhələsində uğurlar arzu edirəm.  Təyinat məsələsinə gəldikdə, bu, sırf Hakimlər Komitəsinin səlahiyyətindədir.  Romadan qayıtdıqdan sonra komitə sədri Xaqani Məmmədovla söhbətimiz olacaq. Oyun, ümumi atmosfer, fiziki durumum barədə müzakirələr aparacağıq.  Bundan sonra “Qəbələ” – “Qarabağ” oyununu idarə etməyim məsləhət olarsa, işimi həyata keçirəcəyəm. Amma düzgün qeyd edirsiniz ki, təyinat alacağım təqdirdə, bir həftə ərzində iki Avroliqa görüşünü idarə etməli olacağam.

(PFL)

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah