Əliyar Ağayev: Romanın oyununa təyinat almaq məsuliyyəti daha da artırır
26 sentyabr 2016 15:00
FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Roma" (İtaliya) - "Astra" (Rumıniya) oyununa təyinat almasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu təyinat məni sevindirməyə bilməz. Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat almaq çox önəmlidir. Komandalardan birinin "Roma" kimi adlı-sanlı klub olması məsuliyyəti daha da artırır. İtaliya futbolunu çox adam izləyir. Bu oyunu yaxşı idarə etməliyəm".