Valeri Qazzayev Bakıya gəlir
26 sentyabr 2016 13:00
Azərbaycan futbolunun əfsanəsi İsgəndər Cavadovun 60 illik yubileyi qeyd olunur. Azerisport.az xəbər verir ki, onun bu yubileyi münasibətilə keçmiş SSRİ ölkələrindən bir sıra tanınmış veteran futbolçuların ölkəmizə gəlişi gözlənilir.
Onların arasında Valeri Qazzayev, Aleksandr Çevadze, İqor Ponomaryov və başqa veteranlar da var. Həmçinin İngiltərənin "Mançester Yunayted" klubunun ulduzu Andrey Kançelskis də Bakıya gələcək.