Kamran Ağayevlə Emin Mahmudov Portuqaliyada qəzaya düşüb?
26 sentyabr 2016 12:00
Ötən gün sosial şəbəkələrdə Azərbaycan yığmasının üzvləri - qapıçı Kamran Ağayevlə yarımmüdafiəçi Emin Mahmudovun Portuqaliyada avtomobil qəzasına düşməsi barədə xəbər yayıldı. Azerisport.az xəbər verir ki, məlumatda onların "Boavişta"nın məşqindən qayıdarkən qəza keçirdiyi bildirilirdi.
Lakin Emin Mahmudov azerisport.az saytına açıqlamasında bu xəbərlərin həqiqəti əks etdirmədiyini bildirdi. Onun sözünə görə, nə o, nə də Ağayev hansısa qəza keçirib. Mahmudov onu da bəyan edib ki, Kamranın Portuqaliyada heç avtomobili də yoxdur və taksidən istifadə edir.
Mahmudov sübut kimi bu gün Kamranla birgə çəkdiyi selfi fotosunu da bizə yolladı. Həmin fotonu təqdim edirik: