Qarabağın rəqibi Milanla bərabərə qaldı
26 sentyabr 2016 00:45
Futbol üzrə İtaliya çempionatında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Fiorentina" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Milan"la qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Qeyd edək ki, bir oyunu təxirə salınmış "Fiorentina" hazırda 8 xalla 20 klub arasında 12-ci pillədə qərarlaşıb.