Qəbələnin rəqibi məğlub oldu
26 sentyabr 2016 00:05
Futbol üzrə Belçika çempionatında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Anderlext" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Vesterlo" ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:2.
Qeyd edək ki, "Anderlext" 8 turdan sonra 15 xalla 16 klub arasında 2-ci pillədə qərarlaşıb.