Erat oynadı, komandası lider oldu
25 sentyabr 2016 21:30
Almaniya üçüncü Bundesliqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası - "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Erfrut" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Erat bu görüşə start heyətdə başlayıb və 64-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Duysburq" 9 turdan sonra 18 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.