Elnur Cəfərov bu dəfə 9 dəqiqə oynadı
25 sentyabr 2016 21:20
Futbol üzrə Xorvatiya ikinci liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası - "Duqopolye" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Rudes"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Ötən tur "Dinamo II" (Zaqreb) ilə səfər oyununda (0:1) 45 dəqiqə oynamış Elnur bu matçın 81-ci dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 14 xalla 12 klub arasında 2-ci pillədə qərarlaşıb.