Qurban Qurbanov: Gəncədə qazanılan hər xal vacibdir
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Oyundan razı qaldım. Gəncədə oynamaq həmişə çətindir. Həm stadiona görə, həm də yerli azarkeşlər qarşısında oynadığımıza görə. Meydança bu gün də ağır idi. Amma uşaqlar çalışdılar. Bir neçə qol şansımız oldu. İstənilən halda, Gəncədə qazanılan hər xal istənilən komanda üçün vacibdir. Yetirmələrimə xüsusi iradım yoxdur. Sadəcə, bəzi epizodlarda diqqətsiz davrandılar.
Qolu Dino Ndlovunun əvəzlənməsindən sonra vurmağımıza gəlincə, ola bilsin ki, Əfran İsmayılovla Reynaldo bir-birini daha yaxşı başa düşdü. Hər halda onlar çoxdan bir yerdə çıxış edirlər. Bu da yaxş məqamdır. Amma Dino də yaxşı oynadı. Onun bir qədər bəxti gətirmir. Hətta qol da vura bilərdi. Amma qapı çatı imkan vermədi". (CBC)