Kayserispor Ufuksuz qalib gəldi
25 sentyabr 2016 17:00
Türkiyə Super Liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Rizəspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Ufuk bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Kayserispor" 5 turdan sonra 5 xalla 18 klub arasında 11-ci pillədə qərarlaşıb.