Eddi İsrafilov meydandan qovuldu, komandası uduzdu
25 sentyabr 2016 16:30
Futbol üzrə İspaniya ikinci liqasında (Liqa Adelante) 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Real Ovyedo" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:2.
İsrafilov start heyətdə meydana çıxıb. O, matçın 84-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub.
Qeyd edək ki, "Kadis" 7 turdan sonra 8 xalla 22 klub arasında 10-cu pillədə qərarlaşıb.