Roman Qriqorçuk: Bizim üçün sıradan rəqib, asan oyun yoxdur
25 sentyabr 2016 16:00
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çempionatda sıradan rəqib yoxdur. Bizim üçün heç bir oyun asan keçmir. "Zirə" ilə matçın da çətin keçəcəyini bilirik. Çox sıx qrafikimiz var. Yorğunluq sözünü deyir. Amma qələbəyə oynamağa çalışacağıq. Heyətdə itki yoxdur ki, bu da sevindrməyə bilməz. Elvin Camalov da sıraya dönüb".