Ansi Aqolli: Qarabağı indi ilk növbədə Kəpəzlə matç düşündürür
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli bəyan edib ki, indi Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirdikləri ilk oyunda məğlub olduqları Çexiya "Slovan"ından qisas almaq barədə düşünmürlər. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hazırda "Slovan"dan qisas almaq kimi bir düşüncəmiz yoxdur. Əsas olan oyundan oyuna daha da artırmaq, baş məşqçinin tələblərini həm məşqlərdə, həm də oyunlarda yerinə yetirməkdir. Qarşıda "Kəpəz"lə oyun var. İlk növbədə bu matçı düşünməliyik.
"Qəbələ"nin çempionluq yolunda əsas rəqibimiz kimi göstərilməsinə gəlincə, indidən bu barədə dəqiq proqnoz vermək çətindir. Çempionatın sonunda nələrin olacağını kim bilir ki? Buna görə də indidən hər bir oyuna ciddi yanaşmalıyıq. "Qəbələ" ilə yanaşı, "İnter" də bu mövsüm çox yaxşı oynayır, nəticələr qazanır. "Kəpəz"i, "Zirə"ni də unutmaq olmaz".